İşıq pulunu belə hesabla və qənaət et! – Virtual kalkulyator
Bakı sakini maraqlı, bir o qədər də diqqət çəkəcək virtual kalkulyator hazırlayıb. Yeni kalkulyator sizə mənzilinizdə istifadə etdiyiniz elektrik enerjisinə qənaət etmə imkanı verəcək. Bəs kalkulyatordan istifadə qaydaları necədir? Bunu necə əldə etmək olar? Bu sualların cavabını sujetimizdən biləcəksiniz.
Artıq siz yeni hesablayıcı vasitə ilə mənzilinizdə elektrik enerjisinə qənat edə biləcəksiz. Bakı şəhər sakini Vahid Qasımov hamının işinə yarayacaq "Excel" faylı hazırlayıb. Bu fayl vasitəsi ilə evdə istifadə etdiyiniz məişət avadanlıqlarının və elektrik cihazlarının ayda nə qədər elektrik enerjisi sərf etdiyini təxmini hesablamaq mümkündür.
Virtual kalkulyator həmçinin əhaliyə enerjiyə qənaət etməyin də yollarını təklfi edəcək. Siz bu kalkulyatorun köməyindən istifadə etməklə hansı cihazı daha səmərəli işlədərək enerjiyə qənaət edə biləcəyinizi müəyyənləşdirəcəksiniz.
Belə ki, siz istifadə etdiyiniz məişət cihazının adını, onun gücünü və həmin cihazı ayda təxminən neçə saat işlətdiyinizi kalkulyatorun müvafiq bölmələrinə qeyd edirsiniz. Virtual kalkulyator isə sizin cihazınızın ayda nə qədər elektrik enerjisi istifadə etdiyinizi təxmini hesablayır.
Bu kalkulyatoru əldə etmək isə çox asandır. Vahid Qasımov sosıal şəbəkədəki öz profilində kalkulyatorun linkini yerləşdirib...
odur ki, siz də elektrik enerjisinə qənaət etmək istəyirsizsə, aylıq sərfiyyatınızı əvvəlcədən müəyyən edə bilərsiz.
///xezerxeber.az