AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abituriyentlər niyə riyaziyyat fənnini zəif yazır? - DİM sədrindən CAVAB

  • + A
  • - A
  • 2-07-2022, 18:00

    Abituriyentlər niyə riyaziyyat fənnini zəif yazır? - DİM sədrindən CAVAB


    Riyaziyyat fənnindən gözlədiyimizdən aşağı nəticə göstərilməsi necə var idisə, elə də qalıb. Yəni riyaziyyat fənni üzrə vəziyyət pisləşməyib.

    Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    Onun sözlərinə görə, amma Azərbaycan dili və ingilis dilində müşahidə etdiyimiz tendensiyanı riyaziyyat fənnində görmürük. Səbəbi də ondan ibarətdir ki, müəllimlərin özlərinin yeni proqramla əlaqədar qiymətləndirmə alətləri ilə işləməyi, onların məktəbdə tətbiqi, dərsliklərdə ola bilsin hansısa problemlər - hamısı ümumi səbəblər sırasındadır. Hər bir sahə ilə bağlı əlavə araşdırmalar aparmaq lazımdır.

    "Misal olaraq, 10-15 il bundan əvvəl görürdük ki, sadə mövzu imtahana düşəndə abituriyentlər pis cavab verirdi. Araşdırmalarımız onu göstərdi ki, həmin mövzunu üçüncü rübün sonunda və ya 4-cü rübə keçəndə şagirdlərin məktəbdaxili qiymətləndirilməsi prosesində ənənəvi olaraq müəllimlərin ixtiyarı olaraq ev tapşırığı kimi şagirdlərə həvalə edirdilər. Çünki üçüncü rübün axırıdır və müəllimlər qiymətləndirmə ilə məşğuldurlar. Şagirdlər də təbii ki, evdə həmin mövzuya ötəri baxırlar. Sonra da həmin mövzu imtahana düşəndə şagird imtahanda zəif nəticə göstərirdi. Halbuki, həmin mövzu rübün sonunda izah olunmalı idi, ancaq çox zaman olunmurdu. Belə məsələlər olurdu və zamanla aradan qaldırılır. Məsələlərə səthi yanaşmalar kifayət qədərdir”, - deyə M. Abbaszadə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR