Dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.
İdarənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Bəşarət Məmmədovun Azadmedia.az-a verdiyi məlumata görə onlayn şəkildə təşkil olunan qiymətləndirmədə 35 667 şagird iştirak edib.
Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili fənləri üzrə keçirilib.
Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt verilib.
Çox şagird balının görünməməsindən narahat olub. Bu naraharlıqları sosial şəbəkələrdə də hiss etmək olur. Bəşarət Məmmədov məlumat verdi ki, qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.
O qeyd etdi ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.