Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Ağcəbədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Hazırda “Azərsu” ASC-nin qəza briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.