AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bank of Baku”nun özbaşınalıqları davam edir - GİLEY

  • + A
  • - A
  • 22-02-2018, 12:58

    “Bank of Baku”nun özbaşınalıqları davam edir - GİLEY














    Qaradağ rayonu Müşfiqabad qəsəbə sakini Səidə Hüseyn qızı Mirzəyeva Bizim Yol-a müraciət edərək “Bank of Baku” ASC-dən şikayətini bildirib.

    Məlumat üçün bildirək ki, kreditor “Bank of Baku” ASC-nin Bakı şəhəri Nəsimi rayonu Puşkin küçəsi 12.14 ünvanında yerləşən “Səməd Vurğun” filialı Dövlət Dillər Universitetində hind dili müəlliməsi işləyən Səidə Mirzəyevaya 25 dekabr 2014-cü il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən 36 ay müddətinə illik 25 faizlə 3800 ABŞ dolları məbləğində kredit ayırıb. Səidə Mirzəyevanın dediyinə görə, hər ay 125 manat omaqla ödəniş həyata keçirilməsi üçün ona cədvəl verilib. Borcalan hər ay vaxtlı-vaxtında borcunu Banka ödəyərək bitirib. Ancaq “Bank of Baku” ASC müəllimənin əsas borcdan 1610,40 ABŞ dolları, faiz borcu olaraq isə 1171,66 ABŞ dolları məbləğində “ödənməmiş borcu” olduğunu əsas gətirərək Səidə xanımdan Qaradağ rayon Məhkəməsinə şikayət verib.

    Səidə Mirzəyeva Bizim Yol-a deyib ki, ona qarşı Bankın məhkəmə ciddiası qaldırdığından və məhkəmənin keçirilmısindən xəbəri olmayıb: “Mənə məhkəmədən bildiriş gəlməyib. Mənim xəbərim və təbii ki, iştirakım olmadan Qaradağ rayon Məhkəməsi 02 fevral 2018-ci il tarixdə mənə qarşı kredirin və ona hesablanmış faizlərin qaytarılması barədə məhkəmə əmri çıxarıb. Əmrdə göstərilir ki, 2782,06 ABŞ dolları məbləğində pul və 20 manat rüsum məndən tutularaq Banka ödənilsin. Mənim isə belə bir imkanım yoxdur. Bankın borcunu vaxtında ödəmişəm, ödəniş çeklərim əlimdədir. Krediti bağlamışam. Mən tənha anayam, müəllimə maaşımla övladımı tək böyüdürəm, Parkinson xəstəsi olan anama tək baxıram. Mən kredit alanda 1 dollar 0,78 AZN idi. 2015-ci ilin fevralında və 2016-cı ilin dekabrdında olmaqla iki dəfə devalvasiya olub və buna görə Bank məndən krediti dolların yeni kursu ilə qaytarmağı tələb edir. Axı dolların qalxmasına və manatın düşməsinə görə mən günahkar deyiləm. Çixilmaz durumda qalmışam. Bank mənə göz verir, işıq vermir”.

    Səidə Mirzəyeva deyir ki, məhkəmənin əmri ona fevralın 12-də çatıb, ancaq cəmi bir həftə sonra – fevralın 20-da mənə “Bank of Baku” ASC-dən qəribə bir bildiriş mesajı gəlib. Mesajda belə yazılır: “Banka olan kredit borcunuzu gecikdirdiyiniz üçün sizə qarşı borc tələbinə dair Məhkəməyə müraciət olunma prosesinə başlanılır”.

    Məsələyə aydınlıq gətirmək üçün banklar üzrə ekspert, vəkil Əkrəm Həsənovun məsləylə bağlı verdiyi açıqlamanı təqdim edirik: “Vətəndaşın banka olan borcunu ödəmək iqtidarı yoxdursa, o bu borcu ödəməli deyil. Səndən heç kim bu borcu tələb edə bilməz. Lakin əmlakı və gəliri olub, borcun yeni dollar məzənnəsi ilə hesablanmasını ədalətsiz hesab edərək borcu ödəmək istəməyənlər də var. Vətəndaş təbii olaraq bildiri ki, dolların devalvasiyaya uğramasında o günahkar deyil və dolların məzənnəsində yaranmış 92 qəpiklik fərqi ödəmək istəmir. Ədalət naminə bəzi banklar ciddi güzəştlər edib, dollara olan borcu 1,40 məzənnə ilə qəbul edirlər. Doğrudur, bu da tam qaneedici deyil, amma yenə bank tərəfindən atılmış müəyyən addım hesab edilə bilər. Bank bunu etməsə, vətəndaşlarımız Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək məhkəmədən tələb edə bilərlər ki, dollar krediti onlara sərf edən məzənnə ilə milli valyutaya çevrilsin. Necə?

    Deməli həmin o 422-ci maddədə deyilir ki. şərait əhəmiyyətli dərəcədə dəyişibsə, tərəflərdən biri müqaviləyə dəyişikliyin edilməsini tələb edə bilər. Qanun şəraitin əhəmiyyətli dəyişməsi barəsində də açıqlama verir. Bildirilir ki, şərait o halda əhəmiyyətli dərəcədə dəyişmiş hesab oluna bilər ki, o dəyişməni tərəflərdən biri qabaqcadan bilsəydi müqavilə bağlamazdı. Əlbəttə heç kim dolların dəyərinin 3 dəfə artacağını bilə-bilə dollarla kredit göürmək istəməzdi. Bu maddəyə istinad edərək vətədaşlar haqlarını tələb edə bilərlər.Hamı bilməlidir ki, qanun ona görə qanun deyil ki, onu Milli Məclis qəbul edib, preziudent də ona qol çəkib. Qanun o zaman qanundur ki, o vətəndaşların hüququnu müdafiə edir və sən onun əsasında haqqını tələb edə bilirsən. Borca görə bank azadlıqdan məhrum edə bilməz. Bankların bütün borclularla uzunmüddətli məhkəmə prosesləri aparmağa gücü yetməz. Banklara qarşı məhkəmələrin sayı artarsa babnklar güzəşt tətbiq etməyə məcbur olacaq. Bankı məhkəməyə vermək lazımdır. Dollarla borcu olanlara tövsiyəm odur ki, mütləq çalışın dollarla olan borcunuzu orta məzənnəylə milli valyutaya çevirin. Çünki növbəti dövrlərdə də dolların artması təhlükəsi yenə də var. Qanuna əsasən, icra məmuru borclu şəxsin borcu qaytarmaq imkanı olmadığını müəyəyn etdiyi andan icra prosesini dayandırmalıdır”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR