AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbələdə iki avtomobil toqquşub, ölən var

  • + A
  • - A
  • Bu gün, 10:14

    Qəbələdə iki avtomobil toqquşub, ölən var

    Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub.

    Nəticədə “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb.

    Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR