Qarabağ Qazisi Cabbar Xəlilov Vətən Müharibəsində igidliklə döyüşüb, 3-cü qrup əlildir. Salyan Rayonun Qırxçıraq qəsəbəsində yaşayır. Qazi yaşadığı Qırxçıraq kəndinin yollarından narazıdır.
Onun sözlərinə görə Qəsəbənin daxili yoları yağışdan sora sanki bir göllü xatırlayır. Ulu Öndər Heydər Əliyevin "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" kəlamını xatrladan Cabbar Xəlilov yağışdan sonra kənddə hərəkətin çətin olduğunu bildirərək saytımız vasitəsilə Salyan rayonun icra başçısı Sevindik müəllim Hətəmovdan xahiş edir ki, Qırxçıraq qəsəbəsinin yol infrastrukturunun qaydaya salınmasına köməklik göstərsin.
Qeyd: Salyan Rayon İcra Hakimiyyəti üçün vətəndaş məmnuniyyəti əsas prioritetdir. İnanırıq ki, səlahiyyət sahibləri Qarabağ qazisi Cabbar Xəlilovun xahişinə biganə qalmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.