Məcburi dövlət sosial sığorta ödənişindən azad edilmiş işçilərin pensiya kapitalı necə hesablanır? Bu sual hamımız üçün maraqlıdır. Çünki cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə çalışanları məcburi dövlət sosial sığorta ödəməsindən azad edib.
Belə olan halda sığortaolunanların ödəmələri və fərdi hesablarında pensiya kapitalının toplanması prosesi yenə də davam edəcəkmi?Mövzu ilə bağlı
Azadmedia.az-ın sualına ƏƏSMN-nin Mətbuat xidmətindən verilən cavabı təqdim edirik:
Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrası olaraq həmin ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, müasir infrastrukturun yaradılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması, eyni zamanda, əmək resurslarının səmərəli idarə olunması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Bu istiqamətdə tədbirlərdən biri kimi, həmin ərazilər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə
ödəmələrin subsidiyalaşdırılması mexanizminin tətbiqi də nəzərdə tutulub.
Belə olan halda sığortaolunanların ödəmələri və fərdi hesablarında pensiya kapitalının toplanması prosesi yenə də davam edəcək.
Ödənilən sosial sığorta haqlarının isə dövlət büdcəsi tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulur.Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.