AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Atan rektor olanda səsin çıxmırdı..." - Ermənilərə işləyən Arzu Qeybullanı ifşa edən MƏKTUB

  • + A
  • - A
  • 20-04-2018, 11:57

    "Atan rektor olanda səsin çıxmırdı..." - Ermənilərə işləyən Arzu Qeybullanı ifşa edən MƏKTUB















    Azərbaycandan gedəndən sonra ölkəmiz və dövlətimiz əleyhinə kampaniya aparan şəxslər hər zaman cəmiyyətin sərt təpkisi ilə qarşılaşır.

    Bu cür şəxslərdən biri də mühacir həyatı yaşayan Arzu Qeybullayevadır.

    Türkiyənin İstanbul şəhərində nəşr edilən və bu ölkədə yaşayan ermənilərə məxsus "AGOS” qəzetində yazdığı məqalələrdən sonra özünə havadar tapan Arzu Qeybulla haqda redaksiyamıza maraqlı məlumat daxil olub.

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru, Arzu Qeybullanın mərhum atası Qeybulla Qeybullayevlə bir yerdə çalışmış ziyalılardan biri onun fəaliyyətinə etiraz məktubu ilə redaksiyamıza müraciət edib.

    Adını açıqlamaq istəməyən həmin şəxs deyib ki, Arzu Qeybullanın atası hər zaman vətənə, dövlətə sadiqliyi ilə seçilib:

    "Arzu Qeybullayeva adlı biri var, "davamlı, operativ və sədaqətli xidmətlərinə” görə "jurnalist” olub. Gecələri də yatmır, miskin təxəyyülünü işə salaraq çalışır ki, Azərbaycan haqqında nifrət və üfunət dolu fikirlərini ona lazım olan bazarlara çıxarsın. Müştərilərini yaxşı tanıyır. Onun haqqında bir söz demək istəməzdim. Amma bir fakt məni buna məcbur edir: Arzu Qeybullayeva, atanız ilə sağ vaxtında tanış idim, həmkar idik, rektor işlədiyi illərdə həmişə Azərbaycan haqqında, burada gedən islahatlardan, inkişafdan ağızdolusu danışardı. O zaman səsiniz çıxmırdı. Amma sonra birdən - birə doğulduğunuz, boya-başa çatdığınız torpağı (s)atıb "isti qucaq” tapdınız.

    O bildirib ki, Arzu Qeybulla səhvini anlayanda gec olacaq:

    "A. Qeybullayeva, bilin, Siz həqiqəti anlayanda çox gec olacaq. Sizin tutduğunuz yolun hansı yol olduğunu hamı bilir. Başqa cür yazsanız qapılar üzünüzə dərhal bağlanar. Əmin olun, Azərbaycanın suverenliyini qorumaq müqəddəs vəzifədir. Onu da yerinə yetirmək şərəfdir. Bu yolda isə xalq və onun rəhbəri var".

    Qeyd edək ki, Arzu Qeybulla artıq illərdir ki, erməni mətbuatında çalışır və Azərbaycan dövlətçiliyinin əleyhinə yazılarla çıxış edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR