AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov Hulusi Akar və Yaşar Gülərə başsağlığı verdi

  • + A
  • - A
  • 11-12-2020, 19:25

    Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Suriyanın Ras əl-Ayn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyə Respublikası Jandarma Baş Komandanlığının hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərə başsağlığı ünvanlayıb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    “Suriyanın Ras əl-Ayn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyə Respublikası Jandarma Baş Komandanlığının hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
    Allah rəhmət eləsin”, - başsağlığı mətnində qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR