AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Euronews Hikmət Hacıyevin açıqlamalarını yaydı: “Regional sülhün qurulması prosesindəyik”

  • + A
  • - A
  • 17-09-2026, 12:08

    Euronews Hikmət Hacıyevin açıqlamalarını yaydı: “Regional sülhün qurulması prosesindəyik”

    “Euronews” Dubayda keçirilən Ərəb Media Forumunun yekunlarına dair hazırladığı materialda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamalarına geniş yer verib.

    “Report”un məlumatına görə, H.Hacıyev materialda Azərbaycan-Ermənistan münasibətləri və regionda sülh prosesinə dair fikirlərini bölüşüb.

    O bildirib ki, Ermənistanla sülhə nail olmaq “çətin mübarizə”dir.

    H.Hacıyev Azərbaycanın öz suveren ərazisində müxtəlif dinlərə məxsus mədəni və dini irsin qorunmasına sadiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda islamla yanaşı, xristianlıq və iudaizm də mövcuddur, müxtəlif dini məbədlər fəaliyyət göstərir.

    “Azərbaycan öz suveren ərazisində xristian irsinin qorunmasına sadiqdir, çünki bu, bizim mədəni irsimizdir”, - deyə H.Hacıyev bildirib.

    Telekanalın materialında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində işğal dövründə dini irsə vurulduğunu bildirdiyi zərər barədə H.Hacıyevin fikirləri də yer alıb.

    Prezidentin köməkçisi həmçinin sülh səyləri fonunda dezinformasiya kampaniyalarının davam etdiyini bildirib. O, Avropa Parlamentinin bəzi qətnamə və qərarlarının Cənubi Qafqazda sülh gündəliyinə uyğun olmadığını deyib.

    “Avropa Parlamenti həllin bir hissəsi deyil, problemin bir hissəsidir. Biz regional sülhün qurulması prosesindəyik, lakin Avropa Parlamenti tamamilə başqa bir gündəlik irəli sürür”, - H.Hacıyev qeyd edib.

    O, Avropa İttifaqının region siyasətinin bütün Cənubi Qafqazı əhatə etməli, region ölkələri ilə balanslaşdırılmış əməkdaşlığa əsaslanmalı olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR