AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqil Abbas: “Atamın Ağdamda 6 otaqlı evi olub, amma bizə ev düşmür”

  • + A
  • - A
  • 30-10-2026, 14:29

    Aqil Abbas: “Atamın Ağdamda 6 otaqlı evi olub, amma bizə ev düşmür”

    Deputat Aqil Abbas Ağdamda məskunlaşma prosesi zamanı bəzi ailə üzvlərinin mənzillə təmin olunmaması məsələsini Milli Məclisin plenar iclasında gündəmə gətirib.

    Deputat bildirib ki, atasının Ağdamda altıotaqlı evi olsa da, beş bacı və iki qardaşdan ibarət ailəyə həmin şəhərdə mənzil ayrılmır.

    “Bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

    O bildirib ki, həmkarı Bəxtiyar Əliyev və onun qardaşları da analoji vəziyyətlə üzləşiblər.

    “Böyük tikinti gedir, Ağdama baxırsan, ürəyin açılır. Mən məcburi köçkün statusunda deyiləm, 1970-ci ildən Bakıda yaşayıram. Amma atamın mülkündə tikilən evdən niyə mənə düşmür? Deməli, mən Ağdamdan öz cibimə ev almalıyam? Nə mənə, nə də bacı-qardaşlarıma ev düşür. Mən tək deyiləm, mənim kimi bir neçə şəxs var. Bu məsələ olduqca ciddidir və qaçqın statusuna yenidən baxılmalıdır”, – deyə deputat qeyd edib.

    Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirləri ilə razılaşmayıb. O, görülən bərpa və quruculuq işlərinə kölgə salınmasının yolverilməz olduğunu bildirib.

    “Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız. Demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız”, – deyə spiker vurğulayıb.

    Sahibə Qafarova deputatın məsələni qanun layihəsinin müzakirəsi zamanı qaldırmasının və müvafiq şəxslərlə müzakirə etməsinin mümkün olduğunu da diqqətə çatdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR