Müşfiq Ələsgərli yazır...
"Ermənistan Laçın sərhəd keçid məntəqəsindən Azərbaycanla razılaşmadan heç bir yükü keçirə bilməz. Bunun üçün nə hüquqi əsası, nə ciddi bir arqumenti, nə də gücü yoxdur. Bu reallığı bilə-bilə Azərbaycanla razılaşdırmadan əraziyə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərirsə, deməli şou göstərir. Bəs şounu kimə göstərir? Yəqin ki, dağın başında dayanıb tamaşanı seyr edənlərə. Avropa İttifaqı nümayəndələrinin, Qərb ölkələri səfirliklərinin bu tamaşada iştirakları təəssüf doğurur. Onlar belə davranışla öz riyakarlıqlarını bir daha büruzə verdilər.
Məlumat üçün bildirək ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib. Bu yolun təbii imkanları Laçın-Xankəndi yoluna nisbətən daha üstündür. İşğaldan sonra yenidən qurulmuş Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır. Separatçı rejimin təmsilçiləri isə bu təklifdən imtina edirlər. Ermənistan da separatçılara dəstək olaraq, “humanitar yük”dən ibarət avtomobil konvoylarını Laçın sərhəd keçid məntəqəsinə göndərib".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.