Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı17 noyabr 2024-cü il tarixində Binə Xocavar kəndində şəhid Nəzərov Elməddin İsmayıl oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhid Elməddin Nəzərovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.