AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astarada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirilib.

  • + A
  • - A
  • 1-11-2025, 15:44

    Astarada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirilib.

    Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Regional Ekologiya İdarəsinin əməkdaşları avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə birgə tədbir keçiriblər.

    Tədbir zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



    Cənub regional büronun rəhbəri:
    Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR