AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-lərlə “Himayədar ailə institutunun inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib

  • + A
  • - A
  • Bu gün, 15:23

    QHT-lərlə “Himayədar ailə institutunun inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər QHT-lərin nümayəndələrinin iştirakı ilə “Himayədar ailə institutunun inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib.

    Görüşdə himayədar ailə institutuna dair təqdimat edilib. Nazirliyin və Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin müvafiq struktur bölmələrinin rəhbərləri çıxış edərək “Himayədar ailə” qayğı modelindən əhəmiyyətindən bəhs ediblər. Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan bu modelin valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəfləndiyi vurğulanıb.


    QHT nümayəndələri çıxış edərək mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı himayədar ailələrin seçimi, ictimai maarifləndirmənin gücləndirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, həmçinin tərəfdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR