2026-cı il mayın 14-də GSNP Baş Assambleyası çərçivəsində “Qlobal Cənub: mövqelərin uzlaşdırılması və strateji əməkdaşlıq” adlı panel müzakirəsi keçirilib. GSNP Baş katibi Fuad Kərimlinin moderatorluğu ilə keçirilən sessiyada BMT-nin Sülh Universiteti üzrə daimi müşahidəçi səfiri David Fernández Puyana, Qanadan GSNP üzvü, “UN-Habitat”ın idarəedici orqanlarının keçmiş katibi və hökumətlərarası əlaqələr üzrə sabiq rəhbəri Christian Mensah, Meksikadan GNSP üzvü, Meksikanın Azərbaycandakı sabiq səfiri Rodrigo Labardini, Keniyanın Maasai Mara Universitetinin vitse-kansleri Peninah Aloo-Obudho spikerlər qismində çıxışlar ediblər.
Müzakirələrdə Qlobal Cənub ölkələrinin beynəlxalq qərarvermə proseslərində daha fəal təmsil olunmasının, dayanıqlı inkişaf, şəhərsalma, təhsil, iqlim dəyişmələri və sosial inklüzivlik istiqamətlərində əməkdaşlığın artırılmasının vacibliyini vurğulanıb.
GSNP Baş katibi Fuad Kərimli bildirib ki, qarşıdakı dövrdə GSNP-nin Afrika, Asiya, Latın Amerikası və Sakit okean hövzəsində regional konfranslarının keçirilməsi barədə təşəbbüslər daxil olub, bu istiqamətdə dəyərləndirmələr aparılacaq.
Panel iştirakçıların sual-cavab sessiyası və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.