Gəncə Dövlət Milli Dram Teatrı 131-ci mövsümə başlayır

Gəncə Dövlət Milli Dram Teatrı sentyabr ayında 131-ci teatr mövsümünə start verəcək.
Yeni mövsümdə teatrsevərləri müxtəlif janrlarda tamaşalar gözləyir. Sentyabr proqramına həm klassik Azərbaycan dramaturgiyasının nümunələri, həm də dünya ədəbiyyatından əsərlər daxil edilib.
Mövsümün ilk tamaşası sentyabrın 18-də saat 19:00-da M.F.Axundzadənin “Hekayəti Müsyo Jordan və dərviş Məstəli şah” əsəri əsasında hazırlanmış tamaşa olacaq.
Sentyabrın 19-da saat 12:00-da A.Şaiqin “Tıq-tıq xanım”, saat 19:00-da isə A.Elşadlının “Zəhri-mar” tamaşası nümayiş olunacaq. Sentyabrın 20-də saat 12:00-da Ş.Perronun “Çəkməli pişik”, saat 19:00-da isə B.Y.Gülərin “Qadınlar danışarsa” əsərləri təqdim ediləcək.
Ayın 25-də saat 19:00-da C.Cabbarlının “Aydın” tamaşası, 26 sentyabrda isə “Tıq-tıq xanım”, “Çəkməli pişik” və “Zəhri-mar” tamaşalarının nümayişi nəzərdə tutulub.
Biletləri teatrın kassasından, eləcə də “iTicket” platforması vasitəsilə əldə etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.