Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıq arasında rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Müzakirələr M. Cabbarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar ilə keçirilən görüşdə baş tutub.
"Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələlərini müzakirə etdik", - nazir bildirib.
Görüşdə həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.