AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığının gücləndirilməsi müzakirə edilib

  • + A
  • - A
  • Dünən, 20:00

    Azərbaycan-Latviya iqtisadi əməkdaşlığının gücləndirilməsi müzakirə edilib

    Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva bu ölkənin Ticarət və Sənaye Palatasının xarici əlaqələr üzrə direktoru Natalya Juskova ilə görüşüb, tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

    N. Mustafayeva bununla bağlı "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

    "Görüş zamanı Azərbaycan-Latviya iqtisadi əməkdaşlığının gücləndirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi, eləcə də ticarət və investisiya sahələrində yeni imkanların müəyyənləşdirilməsi barədə fikir mübadiləsi apardıq", - o yazıb.

    Qeyd olunub ki, mövcud imkanların konkret əməkdaşlıq layihələrinə çevrilməsi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR