AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Jurnalistlər Ekstremal Şəraitdə” İB jurnalistlərə qarşı zorakılıq hallarını pisləyib

  • + A
  • - A
  • Bu gün, 13:13

    “Jurnalistlər Ekstremal Şəraitdə” İB jurnalistlərə qarşı zorakılıq hallarını pisləyib

    “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi jurnalistlərin peşə fəaliyyətinə müdaxilə, təzyiq və zorakılıq hallarını qətiyyətlə pisləyib.

    İctimai Birliyin yaydığı bəyanatda son günlər REAL TV və APA İnformasiya Agentliyinin əməkdaşlarının peşə fəaliyyətlərini həyata keçirərkən qanunsuz müdaxilə, təzyiq və zorakı davranışlarla üzləşməsindən narahatlıq ifadə olunub.

    Bildirilib ki, bu cür hallar söz və mətbuat azadlığına, eləcə də jurnalistlərin təhlükəsizliyinə ciddi təhdid yaradır. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti cəmiyyətin obyektiv informasiya əldə etmək hüququnun təmin olunmasının əsas şərtlərindən biridir.

    Qeyd olunub ki, jurnalistlərin peşə fəaliyyətinə mane olmaq, onlara qarşı fiziki və psixoloji təzyiq göstərmək yolverilməzdir və qanunvericiliyə uyğun hüquqi qiymətini almalıdır.

    İctimai Birlik müvafiq qurumları baş verən insidentləri dərhal və obyektiv araşdırmağa, jurnalistlərin təhlükəsizliyini təmin etməyə, qanunsuz hərəkətlərə yol verən şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.

    Bəyanatda vurğulanıb ki, təşkilat jurnalistlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR