AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb

  • + A
  • - A
  • Bu gün, 17:19

    ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb

    Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəqəmsal modernləşdirmə layihəsinin icrasına çəkilən xərclər 2025-ci ilin yekunlarına görə 6,163 milyon ABŞ dollarına çatıb.

    Kredit sazişi çərçivəsində bunun 5,222 milyon dollar istifadə edilib, bunun da bir sıra müraciətlər üzrə birbaşa maliyyələşdirilməsi ümumilikdə 4,515 milyon dollar, əvəzi ödənilmiş xərclərin həcmi isə 707,15 min dollar təşkil edib.

    Mövcud məlumatlara görə, Azərbaycan hökumətinin maliyyələşdirməsi isə 941,623 min dollara (o cümlədən 940,123 min dollar məbləğində əlavə dəyər vergisi üzrə xərclər) çatıb. Azərbaycanla ADB arasında 2025-ci il yanvarın 9-da 47 milyon dollarlıq kredit sazişi bağlanıb. ADY-nin rəqəmsallaşdırma proqramının ümumi dəyəri 55,46 milyon dollar həcmində qiymətləndirilir və bunun da 47 milyon dollarını ADB təqdim edir, qalan 8,46 milyon dollar isə Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi hesabına təmin edilir. Layihənin icrasının başa çatdırılması 2028-ci il iyunun 30-na nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR