AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: "Medianın vergidən azad olunması onun maliyyə dayanıqlığına ciddi dəstək olacaq"

  • + A
  • - A
  • 7-02-2023, 11:08

    Məşhur Məmmədov: "Medianın vergidən azad olunması onun maliyyə dayanıqlığına ciddi dəstək olacaq"

    Xəbər verdiyimiz kimi fevralın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz sessiyasında birinci məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirə edilib. İclasda gedən müzakirələrlə bağlı Milli Məlisin iqtisasi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov Azadmedia.az-a bildirib ki, cənab Prezidentin imzası ilə Milli Məclisə təqdim olunan qanun layihəsi media subyektlərinin vergidən azad olunması ilə bağlı müddəaları özündə ehtiva edir.
    Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş mediaya dəstək siyasətinin həyata keçirilməsi, bu istiqamətdə atılan addımların davamı kimi media subyektlərinə dövlət tərəfindən edilən vergi güzəştləri nəzərdə tutulur. Təqdim olunan qanun layihəsini media subyektlərinə ən çox güzəşt tətbiq olunan vergi rejimlərindən biri kimi dəyərləndirmək olar. Qanun qüvvəyə minəndə, Azərbaycan media subyektlərini bütövlükdə vergilərdən azad edən ölkələrin sırasına yüksələcək:
    "Xatırladım ki, qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq".
    Dövlətin KİV-ə qayğısı, media orqanlarına maddi dəstəyin göstərilməsi, media işçilərinin sosial, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları önə çəkən deputat qeyd etdi ki, müzakirəyə təqdim olunan qanun layihəsi dövlətimizin milli mediamıza kompleks dəstəyinin təzahürüdür. M.Məmmədov hesab edir ki, medianın vergidən azad olunması onun maliyyə dayanıqlığına ciddi dəstək olacaq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR