AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd edir

  • + A
  • - A
  • 23-05-2023, 19:08

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd edir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramlarının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu Öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

    Nazirliyin rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

    Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşlar “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalları və fəxri fərmanlarla təltif edilib.

    Sonda Nazirliyin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR