AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sığortalanaq, sağlam olaq” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 4-08-2023, 10:39

    “Sığortalanaq, sağlam olaq” adlı tədbir keçirilib - FOTOLAR

    Xaçmaz Şəhər Mərkəzi Xəstəxanasında “Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sığortalanaq, sağlam olaq” – regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi adlı layihəsinin ilk tədbiri keçirilib.

    Birliyin sədri Sveta Rəfiyeva tədbir haqqında məlumat verib. O, bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Layihənin məqsədi 6 regionda – Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Kürdəmir, Oğuzda əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanması üzrə maarifləndirməkdir. Xaçmaz şəhər sakinlərinin, yerli vətəndaşların iştirak etdiyi tədbirdə Xaçmaz rayonu İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov müzakirə olunacaq mövzunun aktual olduğunu qeyd edib. Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparılıb”.

    Qeyd edək ki, layihə üzrə növbəti tədbir Şabranda keçiriləcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR