AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sığortalanaq, sağlam olaq” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 9-08-2023, 10:11

    “Sığortalanaq, sağlam olaq” adlı tədbir keçirilib - FOTOLAR

    Avqustun 8- də Şabran rayonu Dairə Seçki Komissiyasının binasında Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sığortalanaq, sağlam olaq” – regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra olunur.

    Şabran sakinlərinin, yerli vətəndaşların iştirak etdiyi tədbirdə Şabran rayonu İcra Hakimiyyətinin əməkdaşı Fərid Mehtiyev müzakirə olunacaq mövzunun aktual olduğunu qeyd edib.

    Layihənin rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə tədbir iştirakçılarının suallarını cavablandırıb. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, layihənin məqsədi 6 regionda – Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Kürdəmir, Oğuzda əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanması üzrə maarifləndirməkdir. Layihə üzrə növbəti tədbir Siyəzəndə keçiriləcəkdir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR