AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nə yoldaşlıq, nə də qardaşlıq matçı...

  • + A
  • - A
  • 10-08-2023, 17:33

    Nə yoldaşlıq, nə də qardaşlıq matçı...

    Tanınmış idman jurnalisti Elşən Məmmədov yazır...
    Bu gün Türkiyə nəhənglərindən olan "Beşiktaş" klubu son 3 ayda 2-ci dəfə Azərbaycan klubu ilə qarşılaşacaq. Bu dəfə oyunun adı nə yoldaşlıq, nə də qardaşlıq görüşü olacaq. Rəqib isə "Sabah" yox, "Neftçi"dir.

    Bu il Türkiyənin daha bir məşhur klubu "Qalatasaray" da Bakıya gələrək, "Qarabağ"la yoldaşlıq-qardaşlıq görüşündə üz-üzə gəlmişdi.

    "Qarabağ" və "Sabah"dan sonra bir çoxları "Neftçi"nin də "Fənərbağça"nı Bakıya dəvət edərək, eyni xarakterli matç keçirməsini gözləyirdi. Amma...

    "Neftçi" hələ 3 il əvvəl "Qalatasaray" ilə Avropa Liqasının təsnifat mərhələsində görüşmüş və 1:3 hesabı ilə uduzmuşdu.

    İndiyədək Avropanın bir çox nəhəng klubu Azərbaycana səfər edib. Özü də onlara nə yüzminlərlə yolpulu, nə də qonorar ödənilib. Onları bura gətirən avrokubok püşkünün nəticəsi olub. Yəni, ilk növbədə, qitə arenasına çıxmağı bacarmaq, daha sonra mərhələ adlayaraq, bu cür ad-sanlı komandalara rəqib olmaq lazımdır.

    Bu gün "Neftçi" "Beşiktaş'la UEFA Konfrans Liqası matçında üz-üzə gələcək. Bunun adı nə yoldaşlıq, nə də qardaşlıq matçıdır. Əks halda, iki klubun azarkeşlərinin oyunu eyni sektorda birlikdə izləmələrinə icazə verilərdi...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR