AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Süd və süd məhsullarının istehsalı və emalında əsas amillər” mövzusunda təlimlər...

  • + A
  • - A
  • 11-08-2023, 14:49

    “Süd və süd məhsullarının istehsalı və emalında əsas amillər” mövzusunda təlimlər...

    “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyi avqust 10-da Xaçmaz rayonunun Aşağızeyid kəndində “Fərdi fermerlərin kooperasion əsaslarla özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək” layihəsinin icrasını davam etdirir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Ağentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Fərdi fermerlərə “Bazar rəqabətli süd və süd məhsullarının istehsalı və emalında əsas amillər” mövzusunda təlim keçirilib. Təlimdə 13 nəfər iştirak edib. Layihə rəhbəri Fərrux Əsgərov layihə və onun Donoru barədə, layihənin təlimçisi Famil Baxışov fermerlərə mövzu üzrə ətraflı məlumat veriblər. Təlim qarşılıqlı müzakirə şəraitində davam edib və iştirakçıları maraqlandıran suallar təlimçi Famil Baxışov və ekspert Nizami Musayev tərəfindən cavablandırılıb.

    Sonda təlim iştirakçılar tərəfindən qiymətləndirildi. Tədbirdə digər natiqlərdə çıxış edərək “Bazar rəqabətli süd və süd məhsullarının istehsalı və emalında əsas amillər” mövzusunda təlimi yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasının vacib olduğunu bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR