AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səki avtosalona “icarəyə” verilib - Foto

  • + A
  • - A
  • 11-08-2023, 15:49

    Səki avtosalona “icarəyə” verilib - Foto

    Sosial mediada hündürmərtəbəli binanın qarşısında piyada səkisinin zəbt edilməsi fotoları yayılıb. İlk baxışda binanın qarşısındakı maşınların sakinlərə məxsus olduğunu düşünə bilərik, amma belə deyil.

    Binanın ikimərtəbəli qarajı var, sadəcə, səki avtosalona “icarəyə” verilib.

    “Bu “dəmir yığını”na görə səkidə heç pişik yeriyə bilməz”, - deyə məlumatı yayan izləyici vurğulayıb.

    Görünür, səkilərin piyadalara qaytarılması işi çox ağır olacaq.

    Qeyd edək ki, məlumata görə piyada səkisi Kazım Kazımzadə küçəsində avtosalona icarə verilib. Kim verib, hansı şərtlərlə verib, mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR