AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə" mövzusunda tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 11-08-2023, 18:04

    Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə" mövzusunda tədbir keçirilib - FOTOLAR

    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Hüquqi-Sosial Yardım və Maariflənmdirmə” İctimai Birliyinin “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi adlı layihəsinin ilk tədbiri həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
    Layihə rəhbəri, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov layihənin əsas məqsədi qadınlara və uşaqlara qarşı zorakılıq hallarına və əməllərinə qarşı dözümsüz mühit və yanaşma, fərdlər və ictimaiyyət səviyyəsində ictimai müqavimət formalaşmasına nail olmaqdır: “Qadına və uşaqlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edilir. Qadınlar və uşaqlar həyatlarının istənilən mərhələsində gender əsaslı zorakılığın müxtəlif formaları ilə üzləşə bilər. Bu zorakılıq qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli olaraq, qadınların ailə və cəmiyyətdəki asılı mövqeyindən qaynaqlanır. Qadına qarşı zorakılıq qadının həyatının istənilən mərhələsində baş verə bilər və erkən evlilik, cinsi zorakılıq, məişət zorakılığı, ayrı-seçkilik və istismar kimi bir neçə formada təzahür edə bilər”.

    Layihənin hüquqşünası Ağamirzə Bağırov tədbiri davam etdirərək zorakılığın formalarından, zorakılığın tipologiyasından, mühafizə orderlərindən, hüquqi müdafiə mexanizmlərindən və qanunvericilikdə, siyasət və təcrübələrdəki müsbət irəliləyişlərdən danışıb.

    Komitənin İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, İsmayıllı rayon Polis İdarəsinin əməkdaşı Zahir Məhərrəmli, İsmayıllı rayon İcra Hakimiyyətnin nümayəndələri Bəhruz Xələfov və Gülər Baxışova, İsmayıllı şəhər nümayəndəliyinin rəhbəri Əlişir Süleymanov, bələdiyyə sədrləri, kənd və qəsəbə nümayəndələri, mərkəz rəhbərləri, psixoloqlar, və digər icma nümayəndələri çıxış ediblər.

    Tədbirin sonunda Maarifləndirici tədbirlərin iştirakçılarına layihə çərçivəsində hazırlanmış və nəşr olunmuş “Qadın və uşaqlara qarşı zorakılığın mənfi təsirləri və zorakılıq hallarına qarşı hüquqi müdafiə - İcma üçün Bələdçi” paylanıldı. Layihə üzrə növbəti tədbir Zaqatala rayonunda həyata keçiriləcəkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR