AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Övladı nəzarətsiz qalan valideyn baxça müdirindən 15 min manat istədi - Video

  • + A
  • - A
  • 11-08-2023, 19:46

    Övladı nəzarətsiz qalan valideyn baxça müdirindən 15 min manat istədi - Video

    Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb, bundan xəbər tutan valideyn məlumatın sosial şəbəkəyə sızmaması üçün baxçadan 15 min manat tələb edib.
    Baş verən hadisə ilə bağlı sözügedən uşaq bağçasının açıqlamasında deyilir ki, avqustun 7-də 339 nömrəli uşaq bağçasının ərazisindən bir uşaq qısamüddətli yayınmışdır.
    Görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılmışdır. Operativ olaraq məsələ araşdırılmış və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülmüşdür.
    Həmçinin valideynə məlumat verilmiş və valideynlə söhbət aparılmışdır. Təəssüf ki, valideyn adekvat münasibət göstərməmiş, qanunsuz tələblərlə çıxış etmişdir.
    Onu da qeyd edək ki, uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür.
    Azadmedia.az xəbər verir ki, məsələ ilə bağlı BŞTİ də məlumat yayıb. Məlumatda qeyd edilir ki, məsələ ilə bağlı araşdırma aparılır.
    Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
    https://m.facebook.com/story.php?story_fbid=pfbid022dSxWVK4iddPDcLyLUqUZ6Q8FfcjUZSngXtLYR7D8ffnJbz9LfgffRSKUYDtMNxPl&id=100001556825957&mibextid=Nif5oz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR