AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycançılığın musiqili təqdimatı" jurnalın təqdimatı olacaq

  • + A
  • - A
  • 16-08-2023, 10:59

    "Azərbaycançılığın musiqili təqdimatı" jurnalın təqdimatı olacaq

    Avqustun 21 –də saat 11:00- da (Bakı, Ağ Şəhər Xəqani Rüstəmov küçəsi, Blok 1210, "Sahil Hotel Bakı" Boks Federasiyasının binası, 2-ci mərtəbə) "Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyi tərəfindən bəstəkar Bəhram Nəsibovun Azərbaycançılıq ideologiyasını və Ulu Öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən mahnılarından ibarət "Azərbaycançılığın musiqili təqdimatı" jurnalının təqdimat mərasimi olacaq.

    İctimai Birliyinin sədri Adil Nəsibov bu barədə məlumat verib. O, qeyd edib ki, təqdimatda çıxışlar olacaq, jurnallar paylanılacaq və musiqilər səslənəcəkdir.

    Qeyd edək ki, bəstəkar Bəhram Nəsibovun şeir, mahnı, marşlarından ibarət jurnala mahnı və marşların mətni, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkilən şəkillər, eləcə də mövzular haqqında məlumatlar və foto şəkillər daxil edilib. Jurnala 8 mahnı və marşlar, 1 şeir daxil edilib. Jurnal gələcəkdə dərslik vəsaiti kimi də istifadə ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR