AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq ekspertlər Qərbi Azərbaycan İcmasında olub - FOTOLAR

  • + A
  • - A
  • 16-08-2023, 11:22

    Beynəlxalq ekspertlər Qərbi Azərbaycan İcmasında olub - FOTOLAR

    Avqustun 15-də Bakı şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirilib.

    Konfransda iştirak edən beynəlxalq ekspertlərlə Qərbi Azərbaycan İcmasında geniş tərkibli görüş baş tutub.

    Görüşdə QAİ-nın sədrli MM-in deputatı Əziz Ələkbərli, MM-in deputatı Hikmət Babaoğlu, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli Azərbaycanın haqlı mövqeyindən, Konsepsiya sənədinin beynəlxalq hüquq prinsipləri çərçivəsində hazırlanmasından və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar vermişlər.
    Hər bir xarici ekspert bu məsələdə Azərbaycanın və Qərbi Azərbaycandan olan deportasiya qurbanlarının haqlı mvqedə olduğunu və bu istiqamətdə ölkəmizə dəstək olduqlarını ifadə etmişlər.

    Görüşdə Belarusdan Akademtrans Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Natalya Harbuz, Gürcüstandan Qadın Biznes Assosasiyası, AB Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İqtisadi İnteqrasiya İşçi Qrupunun koordinatoru Nino Elizbaraşvili, Türkiyədən Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi Bursa Başqanı Fikri Özder iştirak ediblər.

    Qeyd edək ki, beynəlxalq ekspertlər Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində Bakıda səfərdədirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR