AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın yeni pandemiya hazırladığını açıqlayıb

  • + A
  • - A
  • 16-08-2023, 14:40

    Rusiya Müdafiə Nazirliyi ABŞ-ın yeni pandemiya hazırladığını açıqlayıb

    İyul ayında yaradılmış ABŞ-ın Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsi virusları mutasiya edərək yeni pandemiya hazırlayır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RHBZ) rəhbəri İqor Kirillov deyib.
    Kirillovun sözlərinə görə, bu yolla ABŞ virus mutasiyalarını axtararaq yeni pandemiyaya hazırlaşmağa başlayıb. “Biz ABŞ-ın hücum məqsədləri üçün, eləcə də bioloji xarakterli böhran vəziyyətləri yaratmaqla qlobal idarəetmə məqsədləri üçün qondarma müdafiə texnologiyalarından istifadəsini istisna etmirik”, - o deyib.

    Kirillov onu da əlavə edib ki, idarəetmənin prioritet istiqamətlərinə virusları və onların genetik modifikasiya olunmuş variantlarını dayandırmaq üçün vaksinlərin və dərmanların yaradılması, həmçinin bioistehsalda qabaqcıl texnologiyaların tətbiqi üzrə işlər daxildir. "Bu struktura prezidentin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Qlobal Sağlamlıq Təhlükəsizliyi və Biotəhlükəsizlik üzrə baş direktor, Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Pol Fridrixs rəhbərlik edəcək", - RCBZ rəhbəri yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR