AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda qadınlar üçün təlimlər təşkil edilib

  • + A
  • - A
  • 16-08-2023, 19:58

    Masallıda qadınlar üçün təlimlər təşkil edilib

    Masallı rayonunda qadınların sosial səfərbərlik və iqtisadi əməkdaşlıq təşəbbüsü layihəsi çərçivəsində qadınlar üçün təlimlər təşkil edilib.
    Layihə Yaşlıların Təhsili Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin ideyası, icmalarda qadın təmsilçiliyini artırmaqla iqtisadi inkişafa nail olmaq, qadınların sosial səfərbərlikdən birgə kooperativlərin yaradılmasına dəstək verməkdir. Layihənin birbaşa məqsədi isə Masallı rayonunda kənd qadınlarını birgə sahibkarlığa təşviq etməkdir. Layihənin müddəti 3 aydır. Layihə çərçivəsində 31 iyul-1 avqust tarixlərində Masallıda Sosial Səfərbərlik mövzusunda təlim keçirilib. Bu təlimdə 19 nəfər qadın fəal iştirak edib. Digər təlim isə 14-15 avqust tarixlərində 20 nəfər fəal xanımın iştirakı ilə icmada biznesin qurulması mövzusunda keçirilib.

    Layihənin davamlılığını təmin etmək üçün Layihə Yaşlıların Təhsili Assosiasiyası İctimai Birliyi Masallıda olan regional ofisində potensial xanım sahibkarlara məsləhət xidmətləri göstərəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR