AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzər Universitetinin tələbəsi Şahin Əliyev Zaporojye kazakları tərəfindən medalla təltif olundu

  • + A
  • - A
  • 17-08-2023, 19:11

    Xəzər Universitetinin tələbəsi Şahin Əliyev Zaporojye kazakları tərəfindən medalla təltif olundu


    “Əbədi Birlik” Gənclər İctimai Birliyinin (ƏBGİB) sədri, Qlobal Sülh Səfiri, Gənc Vətənpərvərlər İctimai Birliyin şöbə müdiri, Türkiyənin BZT Akademiyasının Azərbaycandakı nümayəndəliyinin idarə heyətinin üzvü, Turan Akademiyanın sədr müavini, Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin 4-cü kurs tələbəsi Şahin Əliyev baş iqamətgahı Ukraynada olan Zaporojye kazaklarının Hetmanı, kazakların marşalı Yaroslav Bançuk tərəfindən Marşal Üzeyir Vaxabovun 65 illiyi medalına, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin (ƏBGİB) fəxri üzvü, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq Zaporojye Kazakları komissarlığının General-Mayoru, Beynəlxalq Polis Akademiyasının Türkiyə üzrə Komissarı, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizov isə general-mayor rütbəsinə layiq görülüb.

    Tədbirdə Zaporojye kazaklarının Hetmanı, kazakların marşalı Yaroslav Bançuk və Üzeyir Vaxabov, BMT yanında İnsan Haqları Bürosunun Beynəlxalq Əlaqələr Departamentinin sədr müavini, general-mayor Firdovsi Ələkbərov, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq Zaparoji Kazakları komissarlığının General-Mayoru, Beynəlxalq Polis Akademiyasının Türkiyə üzrə Komissarı, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizov, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin (ƏBGİB) sədri, Qlobal Sülh Səfiri, Gənc Vətənpərvərlər İctimai Birliyin şöbə müdiri, Türkiyənin BZT Akademiyasının Azərbaycandakı nümayəndəliyinin idarə heyətinin üzvü, Turan Akademiyanın sədr müavini, Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin 4-cü kurs tələbəsi Şahin Əliyev iştirak edib. Tədbir zamanı Azərbaycan-Ukrayna arasındakı dostluq prinsiplərinə toxunulub, qarşılıqlı keçiriləcək layihələr haqqında müzakirə edilib. Eyni zamanda tədbir zamanı BMT tərəfdaşı Beynəlxalq İnformasiya Agentliyi və Beynəlxalq Zaporojye Kazakları təşkilatı arasında memorendum imzalanıb, Beynəlxalq Zaporojye Kazakları təşkilatı tərəfindən Mirdaməd Əzizova general-mayor vəsiqəsi təqdim olunub.

    Təbrik edirik!







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR