AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Səyyar qəbul otağı" Goranboy sakinlərinin ixtiyarında olub

  • + A
  • - A
  • 17-08-2023, 21:56

    "Səyyar qəbul otağı" Goranboy sakinlərinin ixtiyarında olub

    SOCAR "Azəriqaz" İstehsalat Birliyinin vətəndaşlarla növbəti görüşü Goranboy rayonunun Rəhimli kəndində baş tutub. Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəis müavini Süleyman Qarayev kənd sakinləri ilə görüşərək qaz təchizatı ilə bağlı problemlərini dinləyib. Rayonun Borsunlu, Bağçakürd, Düzqışlaq kəndlərindən, habelə Yuxarı Ağcakənd qəsəbəsindən "Açıq mikrofon"a üz tutan vətəndaşlar üzləşdikləri çətinliklərdən söz açıblar. Müraciətlər sırasında qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borca görə tutulmanın aşağı faizə salınması, fərdi yaşayış evinin qazlaşdırılması və yaranmış debitor borcun araşdırılması yer alıb. Hər bir sakinin müraciəti fərdi olaraq dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR