AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Quşçuluq təsərrüfatının idarə olunmasında zoobaytar xidmətlərin rolu” mövzusunda təlim...

  • + A
  • - A
  • 18-08-2023, 09:28

    “Quşçuluq təsərrüfatının idarə olunmasında zoobaytar xidmətlərin rolu” mövzusunda təlim...

    Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi avqustun 17-də Xaçmaz rayonunun Qaraqurdlu kəndində “Fərdi fermerlərin kooperasion əsaslarla özünüməşğulluq bacarıqlarının artırılmasına dəstək” layihəsinin icrasını davam etdirir.
    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Fərdi fermerlərə “Quşçuluq təsərrüfatının idarə olunmasında zoobaytar xidmətlərin rolu” mövzusunda təlim keçirilib. Təlimdə 4 nəfəri qadın və 8 nəfəri kişi olmaqla cəmi 12 nəfər iştirak edibr.

    Layihə rəhbəri Fərrux Əsgərov layihə və onun Donoru barədə ətraflı məlumat veribdir. Layihənin təlimçisi Famil Baxışov fermerlərə kiçik quşçuluq təsərrüfatı qurmaq üçün zərurı olan fəaliyyətlər, quş yeminin tərkibi və hazırlanması, quşların qidalandırılması prinsipləri barədə geniş məlumat verib. Təlim qarşılıqlı müzakirə şəraitində davam edib və iştirakçıları maraqlandıran suallar təlimçi Famil Baxışov və ekspert Nizami Musayev tərəfindən cavablandırılıbdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR