AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT sədri: “Hər birimiz vətəndaş olaraq bu sahədə dəstəyimizi əsirgəməməliyik”

  • + A
  • - A
  • 18-08-2023, 09:32

    QHT sədri: “Hər birimiz vətəndaş olaraq bu sahədə dəstəyimizi əsirgəməməliyik”

    Avqustun 17-də Ağdam rayon YAP-ın binasında “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində “narkomaniya və onun fəsadları “mövzusunda dəyirmi masa keçirilib.
    Layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.

    Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsull katibi Cəmil Əzimov bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib.

    Layihənin rəhbəri, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri, Telman Dadaşov narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasının əhalinin sağlam həyat tərzi üçün təhlükə olduğu vurğulayıb: “Narkotik maddələrin qəbul edilməsi insanı fiziki mənəvi və psixoloji cəhətdən məhv edir. Hazırda dünyada 2 milyondan ardtıq narkaman var, onların çoxunu gənclər təşkil edir. Demək gələcəyimiz təhlükə altındadır və hər birimiz vətəndaş olaraq bu sahədə dəstəyimizi əsirgəməməliyik”.

    Ağdam rayon Polis Şöbəsindən Tamerlan Bayramov Görülən işlər barədə məlumat verib və bu işdə vətəndaşların da köməyinə ehtiyac olduğunu bildirib.

    Tədbirdə Ağdam RİH, Qarabağ Regional Mədəniyyət İdarəsindən, Ağdam Rayon Mərkəzi Xəstəxanasından, Ağdam Rayon Polis Şöbəsindən, RGM İB-nin əməkdaşları 21 nəfər iştirak ediblər.

    Çıxışlarda narkomaniyanın mənəvi təhlükəliliyi, insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulması, ictimai qınağın olmaması, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi məsələlərinə toxunublar.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR