AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilərin “humanitar böhran” ssenarisi Nyu-Yorkda iflasa uğradı - QHT sədri

  • + A
  • - A
  • 18-08-2023, 09:43

    Ermənilərin “humanitar böhran” ssenarisi Nyu-Yorkda iflasa uğradı - QHT sədri

    Ermənistan və onun havadarları BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirələr açmaqla “humanitar böhran” kampaniyası apardılar. Ermənistanın Laçın istiqamətində “yardım karvanı” şousu BMT TŞ üçün hazırlanmış ssenarinin başlanğıcı idi. Əlbəttə, bu ssenaridə Ermənistanı əsas dəstəkləyən Fransa idi. Ermənistan saxta “humanitar böhran” müzakirəsini Təhlükəsizlik Şurasına daşıya bilsə də, heç bir nəticəyə nail olmadı. Birincisi, regionda humanitar böhran ilə bağlı deyilənlərin heç bir siyasi və real səbəbi yoxdur. Azərbaycan Qarabağdakı erməni əsilli vətəndaşlara humanitar yardım göstərməyi təklif edir. İkinci məqam isə ondan ibarədir ki, rəsmi Bakı humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bildirir.

    Bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə AZƏRTAC-a açıqlamasında söyləyib.

    QHT sədri bildirib ki, Qarabağda yaşayan erməni sakinlərin (bunların böyük bir qismi də qeyri-qanunu hərbi birləşmələrin nümayəndələridir) humanitar ehtiyacları varsa, niyə bu imkanlardan imtina edir və yolları bağlayırlar? Əlbəttə ki, bu həqiqətlər göz qabağındadır və ədalət Azərbaycanın tərəfindədir. Amma BMT Təhlükəsizlik Şurasının 15 üzvü ilə iş aparmaq da vacib idi: “Məhz BMT TŞ-nın son iclasında Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyasının növbəti qələbəsinin şahidi olduq. Bir çox dövlətlərin nümayəndələrinin çıxışında dəmir yollarının açılması, alternativ yolların vacibliyi xüsusi vurğulandı. Bu vacib tezislər son dövrlər regionla bağlı olan əsl reallıqları əks etdirir. Bu tezislərin Braziliya, Albaniya və digər ölkələr tərəfindən açıq şəkildə səsləndirilməsi Azərbaycan diplomatiyasının apardığı uğurlu siyasi fəaliyyətin nəticəsidir. BMT Təhlükəsizlik Şurasının iclasının əsas xəttinin ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplər üzərində qurulması da, Azərbaycanın mövqeyinin müdafiəsi kimi qiymətləndirilməlidir”, - deyə o vurğulayıb.

    C.Hüseynzadə əlavə edib ki, Ermənistanın BMT TŞ-nin iclasında xarici işlər naziri səviyyəsində iştirakı əslində ermənilərin bu iclasdan böyük gözləntilərinin olduğunu göstərirdi. Onlar ən pis halda Təhlükəsizlik Şurasının Azərbaycana qarşı bəyanatını gözləyirdilər. Ermənistanın bu arzusu da puç oldu, onların “humanitar böhran” ssenarisi Nyu-Yorkda iflasa uğradı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR