AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sığortalanaq, sağlam olaq” adlı növbəti tədbir Kürdəmir rayonunda keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 18-08-2023, 17:03

    “Sığortalanaq, sağlam olaq” adlı növbəti tədbir Kürdəmir rayonunda keçirilib - FOTOLAR

    Bu gün Kürdəmir rayonu Ailə Saglamlıq Mərkəzində “Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sığortalanaq, sağlam olaq” – regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
    Kürdəmir sakinlərinin, yerli vətəndaşların iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən İsmayıllı rayonu İcra Hakimiyyətinin əməkdaşı Xəyyam Səlimov qonaqları salamlayaraq, müzakirə olunacaq mövzunun aktual olduğunu qeyd edib.
    Layihənin rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə geniş çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb. Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparılıb.
    Qeyd edək ki, layihənin məqsədi 6 regionda – Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Kürdəmir, Oguzda əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanması üzrə maarifləndirməkdir. Layihə üzrə növbəti tədbir Oğuzda keçiriləcəkdir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR