AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi layihəsinin son tədbiri keçirilib - FOTO

  • + A
  • - A
  • 18-08-2023, 17:09

    “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi layihəsinin son tədbiri keçirilib - FOTO

    Avqustun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “Hüquqi-Sosial Yardım və Maariflənmdirmə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi adlı layihənin son tədbiri həyata keçirilib.
    Layihənin rəhbəri, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi adlı layihəsi barədə iştirakçılara geniş məlumat verərək, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış etdi.


    Layihə rəhbəri Fariz Əkbərov bildirdi ki, layihənin əsas məqsədi qadınlara və uşaqlara qarşı zorakılıq hallarına və əməllərinə qarşı dözümsüz mühit və yanaşma, fərdlər və ictimaiyyət səviyyəsində ictimai müqavimət formalaşmasına nail olmaqdır. Qadına və uşaqlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edilir.
    Qadınlar və uşaqlar həyatlarının istənilən mərhələsində gender əsaslı zorakılığın müxtəlif formaları ilə üzləşə bilər. Bu zorakılıq qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli olaraq, qadınların ailə və cəmiyyətdəki asılı mövqeyindən qaynaqlanır. Qadına qarşı zorakılıq qadının həyatının istənilən mərhələsində baş verə bilər və erkən evlilik, cinsi zorakılıq, məişət zorakılığı, ayrı-seçkilik və istismar kimi bir neçə formada təzahür edə bilər.
    Layihənin hüquqşünası Ağamirzə Bağırov tədbiri davam etdirərək zorakılığın formalarından, zorakılığın tipologiyasından, mühafizə orderlərindən, hüquqi müdafiə mexanizmlərindən və qanunvericilikdə, siyasət və təcrübələrdəki müsbət irəliləyişlərdən danışdı.


    Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, Zaqatala rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqları üzrə Müdafiəsi Komissiyasının əməkdaşı Vaqif Abdullayev, Zaqatala rayon Polis İdarəsinin əməkdaşı Sənan Tarverdiyev, Zaqatala şəhər nümayəndəliyi, bələdiyyə sədrləri, kənd və qəsəbə nümayəndələri, mərkəz rəhbərləri, psixoloqlar, və digər icma nümayəndələri çıxış etdilər.
    Mövzu ətrafında dövlət qurumları, icmalar geniş fikir mübadiləsi apardılar. .
    Tədbirin sonunda Maarifləndirici tədbirlərin iştirakçılarına layihə çərçivəsində hazırlanmış və nəşr olunmuş “Qadın və uşaqlara qarşı zorakılığın mənfi təsirləri və zorakılıq hallarına qarşı hüquqi müdafiə - İcma üçün Bələdçi” paylanıldı




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR