AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İKT və e-xidmətlər sahəsində dünyanın ən geridə qalmış dövləti olaraq qalır

  • + A
  • - A
  • 18-08-2023, 21:56

    Azərbaycan İKT və e-xidmətlər sahəsində dünyanın ən geridə qalmış dövləti olaraq qalır

    İqtisadiyyat üzrə tanınmış ekspert Sahib Məmmədov yazır:
    "Bu günü həsr etdik ASAN imzanın müddətinin uzadılmasına. Əvvəlcə elektron qaydada cəhd etdik. 26 manatı ödədik. Amma məlum oldu ki, getməsək çarə yoxdu. Getdik ASAN Yasamala. Vergi əməkdaşları bizə təmkin və nəzakətlə izah etdilər ki, mövcud nömrənin müddətini uzatsanız o yalnız hüquqi şəxs üçün keçərli olacaq. Mən isə həm də vergi uçotundayam fiziki şəxs kimi. İndiyədək heç bir problem olmayıb. Amma "Azərcell" adlanan soyğunçu mobil operator təzə hoqqa çıxarıb. Sən gərək hüquqi şəxsə ayrı, fiziki şəxsə ayrı asan nömrə alasan. Hərəsinə 26 manat ödəməlisən və hər biri üçün ayda 2,5 manat ödəməlisən. Vergi əməkdaşları faydalı məsləhət də verdilər. Dedilər fin nömrənizə bir dənə biznes nömrə alın, bu zaman həm hüquqi şəxs üçün, həm fiziki şəxs üçün, həm də sahibkar olmayan fiziki şəxs üçün istifadə mümkündür. Yola düşdük "Azərcell" müştəri xidmətinə. Bu arada avtomobili parklamaq üçün bizə parklama yerində babat təlim keçdilər. Prosedurları izah etsələr də kömək etdilər. SMS göndərdik, təsdiq aldıq və nəhayət parklaya bildik. "Azərcell" dedi ki, könə nömrədəki pullarınıza əlvida deyin. Dedik və təzə nömrə alıb qayıtdıq ASAN Yasamala. ASAN yasamalda vergi əməkdaşları operativ olaraq bizə sertifikatlar tərtib edib verdilər. Qapıdan çıxanda ASAN könüllüsü bizdən xidmətin keyfiyyəti barədə soruşdu. Dedim ki, əla. Xidmət göstərənlərdən narazıçııq üçün əsas yox idi. Problem ayrı yerdədir. Azərbaycan İKT və e-xidmətlər sahəsində dünyanın ən geridə qalmış dövləti olaraq qalır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR