AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qusar rayonunda özünüməşğulluq fəaliyyətinin təşviqi mövzusunda tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 19-08-2023, 12:48

    Qusar rayonunda özünüməşğulluq fəaliyyətinin təşviqi mövzusunda tədbir keçirilib - FOTO

    Marketinq Fəaliyyətinin İnkişafina Dəstək İctimai Birliyi “Quba-Xaçmaz iqtisadi rayonunda tənha qadınlara özünüməşğulluq fəaliyyətinin təşviqi” layihəsini 17 avqust 2023-cü il tarixində Qusar rayonunda icra etmişdir.

    Layihə məkan olaraq Qusar rayon Heydər Əliyev Mərkəzində icra edilmişdir. Layihənin icrasında Qusar rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Qədimov Rixard iştirak etmişdir.


    Layihə rəhbəri Sənan Yəhya, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qusar rayonunda icra edilən “Quba-Xaçmaz iqtisadi rayonunda tənha qadınlara özünüməşğulluq fəaliyyətinin təşviqi” layihəsində iştirak edən qadını salamlayaraq onlara layihənin məqsədi haqqında (tənha qadınların özünüməşğulluq fəaliyyətlərinin təşviq etmək və layiqli məşğulluqlarının təmin edilməsi istiqamətində sosial-iqtisadi biliklər üzrə maarifləndirmək) geniş məlumat verdi. Bundan əlavə olaraq Sənan Yəhya qeyd etdi ki, qadınların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası beynəlxalq konvensiyalara qoşulub. Qadınların hüquqları ali səviyyədə qorunur. Lakin cəmiyyətdə qadınlara qarşı müəyyən arzu olunmaz davranışlar mövcuddur.

    Bir çox hallarda bu qadınların iqtisadi azadlıqlarının olmaması və ya himayəçilikdə qalmaları səbəbilə baş verir. Cəmiyyətdə belə arzu olunmaz hallarla qaşılaşmamaq üçün qadınların dayanıqlı inkişafı zəruridir. Cəmiyyətdə sosial statusundan asılı olmayaraq hər bir qadın öz iqtisadi azadlığını təmin etməyi bacarmalıdır. İcra edilən belə layihələr xüsusilə himayədə olun tənha qadınların davamlı inkişaflarına müsbət təsir edəcək.


    Layihə rəhbəri Sənan Yəhya sonra sözü Qusar rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Rixard Qədimova verdi.


    Rixard Qədimov layihəyə qatılan xanımları salamlayaraq bildirdi ki, qadınların iqtisadi azadlıqları ailə büdcəsinə əlavə gəlirlərin daxil olması deməkdir. Əlavə gəlirlər ailənin sosial mühitinə müsbət təsir etməklə qadınların sosiallaşma prosesini sürətləndirir. Ailələrdə mövcud olan müsbət sosial durum övladların cəmiyyətə inteqrasiyasına müsbət təsir edir . Bu səbəblə, Qusar rayonunda yaşayan qadınları həyata keçirilən belə layihələrdə aktiv olmağa çağırdı.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR