AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarabalığı xatırladan Lənkəran küçələri

  • + A
  • - A
  • 19-04-2024, 02:27

    Xarabalığı xatırladan Lənkəran küçələri

    Lənkərana bir zamanlar Cənub Mirvarisi deyirdilər. Meşəsi, dənizi, çayı olan bu möhtəşəm diyar öndə gedən şəhərlərimizdən olub həmişə. Orda Haftoni qəsəbəsində İsti Su vardı. Pansionat fəaliyyət göstərirdi. Ölkə vətəndaşları ilə yanaşı keçmiş SSRİ-nin hər yerindən turistlər gəlirdi. Ana tərəfim Lənkaran zonasından olduğundan, şəhərin hər ili gözümün önündədir. Ürəyim ağrıyır Lənkəranın miskin, diqqətdən kənar vəziyyətinə. Ermənilərin xarabazara çevirdiyi işğaldan azad edilən torpaqlarımızda ölkə rəhbərinin birbaşa diqqəti ilə cənnət-məkan yaradıldığı bir dövrdə, infrastruktur layihəlırinin ölkənin əsas fəaliyyət sahəsi, strateji hədəfləri olduğu bir zamanda Lənkəran irəli getmək əvəzinə zamanla geriləyir. Şəhər olmasından əsər qalmayıb, ucqar, diqqətdən kənarda qalan əyalətdən fərqlənmir.
    Bu yaxınlarda rayonun su idarəsnin həyətini su basmışdı. Demək, nasoslar köhnəlib sıradan çıxmışdı, yenisinin pulları həzme-rabedən keçmişdi rəhbərlik tərəfindən. Qar yağanda da təkcə başçının işə getdiyi yol təmizlənmişdi. İnsanlar günlərlə əziyyət çəkdi, işıqsız, yola səpilən sınmış ağaclar və köhnə elektrik dirəklərinin aşması səbəbilə. Bakı ilə nəqliyyat əlaqəsi də kəsilmişdi, imtahanda iştiraka gedənlər qayıda bilmirdi...
    https://azadmedia.az/cemiyyet/90360-yartmaz-idarcilik-lnkran-iflic-edib-2-gundur-elektrik-mobil-laq-yoxdur-yollar-tmizlnmir-fotofakt.html
    Lənkəran şəhər sakini Yadigar Sadıqlının sosial media hesabında paylaşdığı foto yazdıqlarımı təsdiq edən yüzlərlə faktdan biridir.
    Fotodakı bərbad səki Lənkəranın mərkəzidir - Zərifə Əliyeva küçəsinin başlanğıcı. Yanvarin ortalarında yagan qar buradakı ağacları kökündən qoparmışdı. Hadisədən 3 ay kecib, 3 saatlıq işi görub səkini normal hala salmırlar. Heç olmasa küçənin kimin adını daşımasına baxıb işlərinin məsuliyyətini dərk etsinlər.
    Qarşıda Zərifə xanımın anadan olmasının ildönümü gəlir. Ümid edirəm bu yazıdan sonra hərəkətə keçərlər. Həmin ərəfələrdə mövzuya qayıdacağam.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR