ABŞ İsraildən Qəzza, Suriya və Livandan qoşunlarını çıxarmağı tələb edir

İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin üzvlərinə ABŞ-ın İsrail Ordusunun (SAXAL) Qəzza zolağı, Suriya və Livandan çıxarılmasında israrlı olduğunu bildirib.
Bu barədə Channel 13 telekanalı məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton İsrail ordusunun hər üç istiqamətdə mərhələli şəkildə geri çəkilməsini istəyir. Lakin söhbətin qoşunların tam, yoxsa qismən çıxarılmasından getdiyi dəqiqləşdirilməyib.
Məlumata görə, Netanyahu ABŞ-ın bu mövqeyi ilə razılaşmadığını kabinet üzvlərinə çatdırıb və buna qarşı çıxacağını bildirib.
"Onlara 'yox' deyəcəyəm", – deyə İsrailin baş naziri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.