Paşinyanın Moskvaya səfəri gözlənilir – tarix hələ məlum deyil
img]https://azadmedia.az/uploads/posts/2026-09/1788768633_putinpashinyan.jpg[/img]
Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfər edəcəyi gözlənilir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında məlumat verib.
Kremlin nümayəndəsi səfərin yaxın vaxtlarda baş tutmasının planlaşdırıldığını, lakin dəqiq tarixlə bağlı hələ razılığın olmadığını bildirib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri 2026-cı ilin sonuna qədər reallaşmalıdır.
Səfərlə bağlı qərar Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində baş tutan görüşündən sonra gündəmə gəlib. Putin həmin görüşdə Paşinyanı Moskvaya dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.