Tramp: Aralıq seçkilərdə qalib gələcəyik və Amerikanı xilas edəcəyik

ABŞ Prezidenti Donald Tramp Əmək Günü münasibətilə paylaşdığı açıqlamada qarşıdakı aralıq seçkilərdə Respublikaçılar Partiyasının qalib gələcəyini və bununla da ölkəni “xilas edəcəklərini” bildirib.
Tramp “Truth Social” platformasındakı paylaşımında onu tənqid edən radikal solçuları, kommunistləri və demokratları ABŞ-ı “məhv etməyə çalışmaqda” ittiham edib.
“Bu dəlilər on illik mübarizədən sonra nəhayət etiraf etməlidirlər ki, sizin sevimli prezidentiniz — mən — necə qalib gəlməyi bilir”, – deyə Tramp yazıb.
ABŞ lideri qeyd edib ki, onun siyasi rəqibləri ölkəni “dağıtmaq üçün son cəhdlərini” göstərəcəklər. Tramp isə buna imkan verməyəcəklərini vurğulayıb.
“Biz aralıq seçkilərdə qalib gələcəyik və AMERİKANI XİLAS EDƏCƏYİK!” – deyə ABŞ Prezidenti bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.