AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təyyarə avtomobildən 626 dəfə daha təhlükəsizdir – alimlər nəqliyyat vasitələrinin risklərini müqayisə edib

  • + A
  • - A
  • Dünən, 21:30

    Təyyarə avtomobildən 626 dəfə daha təhlükəsizdir – alimlər nəqliyyat vasitələrinin risklərini müqayisə edib


    Uçuş qorxusu insanların təxminən hər altıncı nəfərində müşahidə olunur. Lakin yeni araşdırmanın nəticələri göstərir ki, sərnişinlər üçün quruda hərəkət etmək təyyarə ilə uçmaqdan daha təhlükəlidir.

    ABŞ-ın Embry-Riddle Aeronautical University universitetinin alimləri 2016–2025-ci illər ərzində ölkənin kommersiya aviasiyasında ölüm halları ilə bağlı məlumatları təhlil edərək müxtəlif nəqliyyat vasitələri və bəzi istirahət növləri ilə müqayisə ediblər.

    Araşdırmaya görə, kommersiya aviasiyası müqayisəyə daxil edilən əsas nəqliyyat növləri arasında ən təhlükəsizidir. Eyni məsafə nəzərə alındıqda, avtomobillə və ya yük maşını ilə hərəkət zamanı ölüm riski kommersiya təyyarəsində uçuşla müqayisədə 626 dəfə daha yüksəkdir.

    Bütün avtomobil nəqliyyatı birlikdə götürüldükdə bu göstərici 674 dəfəyə çatır. Qatarla səyahətin ölüm riski isə təyyarə ilə uçuşdan təxminən 239 dəfə yüksək olub.

    Motosikletlərdə risk daha da böyükdür. Araşdırma nəticələrinə əsasən, motosikletlə hərəkət zamanı ölüm ehtimalı kommersiya aviasiyası ilə müqayisədə 22 279 dəfə yüksəkdir. Velosiped sürməkdə bu göstərici təxminən 12 min dəfə, şəhərlərarası avtobusla səfərdə isə təxminən 9 dəfə çoxdur.

    Alimlər aviasiyanı bəzi istirahət fəaliyyətləri ilə də müqayisə ediblər. Belə ki, xizək və snoubord sürərkən ölüm riski təyyarə ilə uçuşdan 73 dəfə, sualtı dalış zamanı 180 dəfə, marafonda 202 dəfə, paraşütlə tullanarkən isə 422 dəfə yüksək qiymətləndirilib.

    Tədqiqat müəllifləri bildirirlər ki, insanların nəqliyyat vasitələrinin təhlükəsizliyi ilə bağlı təsəvvürləri çox vaxt real statistikadan deyil, emosional təsirdən formalaşır. Nadir baş verən təyyarə qəzaları böyük media marağına səbəb olduğundan aviasiyanın olduğundan daha təhlükəli olduğu düşüncəsi yarana bilər. Halbuki avtomobil qəzaları kimi daha geniş yayılmış risklər gündəlik həyatın bir hissəsi olduğundan daha az diqqət çəkir.

    Alimlərin qənaətinə görə, ABŞ-da müasir kommersiya aviasiyası ciddi şəkildə tənzimlənən və təhlükəsizlik standartları yüksək olan nəqliyyat sistemidir. Bu sahədə ölüm riskinin son dərəcə aşağı səviyyəyə endirilməsi mümkün olub.

    Beləliklə, araşdırma göstərir ki, eyni məsafəni qət etmək baxımından kommersiya təyyarəsi ilə səyahət avtomobillə səfərdən yüzlərlə dəfə daha təhlükəsizdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR