AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Olqa Stefanişinadan ittihamlara cavab: “Bu mənzillər qətiyyən mənə məxsus deyil”

  • + A
  • - A
  • Bu gün, 14:58

    Olqa Stefanişinadan ittihamlara cavab: “Bu mənzillər qətiyyən mənə məxsus deyil”

    Ukraynanın ABŞ-dəki keçmiş səfiri Olqa Stefanişina Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və Xüsusiləşdirilmiş Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun ona qarşı irəli sürdüyü ittihamlarla bağlı açıqlama verib.

    “Azadlıq Radiosu”nun Ukrayna xidmətinə istinadən xəbər verir ki, Stefanişina 13,9 milyon qrivna (təxminən 531 min AZN) məbləğində qanunsuz varlanma ittihamını rədd edib.

    O, Kiyevdəki “Fayna Taun” yaşayış kompleksindəki iki mənzilin özünə aid olmadığını bildirib.

    “Bu mənzillər qətiyyən mənə məxsus deyil. Nə rəfiqəm Tatyana, nə valideynlərim, nə də hər hansı başqa şəxs üzərindən ev almışam”, - deyə sabiq səfir bildirib.

    Stefanişina məhkəməyə hazır olduğunu və ittihamlarla bağlı mövqeyini hüquqi müstəvidə təqdim edəcəyini qeyd edib.

    Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 3-də Stefanişinanı ABŞ-dəki səfir vəzifəsindən azad edib. Avqustun 5-də ona qarşı yeni ittiham irəli sürülüb. Növbəti gün məhkəmə onun barəsində 6 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib.

    İstintaq Stefanişinanın 2025-ci ildə rəfiqəsi Tatyana vasitəsilə iki mənzil əldə etdiyini və həmin əmlakları təmir etdirdiyini iddia edir. Həmçinin sabiq diplomatın valideynlərinə məxsus olduğu bildirilən bahalı daşınmaz əmlakı bəyannaməsində gizlətdiyi qeyd olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR